...

DB Azərbaycanda sutəmizləmə stansiyalarının bərpası və genişləndirilməsi layihəsinin ilkin məbləğini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2008 17:46 (UTC +04:00)
DB Azərbaycanda sutəmizləmə stansiyalarının bərpası və genişləndirilməsi layihəsinin ilkin məbləğini açıqlayıb

Azərbaycan, Bakı, 25 iyul/ Trend , müxbir Ü.İsmayılova/ Xəzər dənizinə atılan işlənilməmiş çirkab sularının azalmasına yönəlmiş Hövsan sutəmizləmə stansiyasının bərpası və genişləndirilməsi layihəsinə $800 mln.- dan $1 mlrd.- dək vəsait tələb oluna bilər. Bu barədə cümə günü Bakıda DB-nin Avropa və Mərkəzi Asiya ölkələrinin Davamlı İnkişafı üzrə Departamentinin rəhbəri Piter Tomson məlumat verib. Bu işlər Azərbaycanda yeni Ekoloji İnkişaf Proqramının ikinci fazası çərçivəsində görüləcək. DB birinci fazaya $152 mln. ayıracaq.

"Bu vəsaitlərin hansı hissəsini Dünya Bankının ayıracağını zaman göstərcək", - Tomson bildirib.

Tomsonun sözlərinə görə, DB hazırda layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayır və onun tam hazırlanmasından sonra layihənin dəqiq dəyəri məlum olacaq.

Fransa bankının kredit vəsaitləri hesabına Hövsanda çirkab sularının təmizlənməsi üzrə tədbirlərin həyata keçirilməsinə başlanılıb. Hazırda aerasiya stansiyası fransız texnologiyası ilə yenidən təchiz edilir. Çirkab suları dənizə atılanadək bu texnologiya vasitəsilə təmizlənəcək. Lakin çirkab sularının dənizin dərinliyinə atılması üçün daha uzun borunun çəkilməsinə əlavə vəsaitlər tələb olunur və DB bunu öz üzərinə götürüb.

Beynəlxalq normalara görə su dənizin dərinliyində öz-özünü təmizləməyə qadirdir. İndi isə bu, demək olar ki, sahildə baş verir. DB-nin layihəsinə əsasən, sahildən 5 - 9 km məsafədə dənizə əlavə boru çəkmək planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti