...

Azerfon yeni xidmətini təqdim edib -"Mənə yenidən zəng et"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2008 12:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend / Nar Mobile brendi ilə xidmətlər təkilf edən Azərbaycanın mobil operatoru Azerfon BM, abonentlərə pulsuz "Mənə yenidən zəng et"xidmətini təqdim edib. Şirkətin verdiyi məlumata görə, yeni xidmət balansında kifayət qədər kontur olmayan abonentlərin mobil rabitə ilə təmin olunması üçün yaradılıb.

Xidmətdən istifadə etmək üçün *767#(Azərbaycanın hər hansı GSM operatorunun kodu), (yığılan abonentin nömrəsi) #YES kodunu yığmaq lazımdır.

Zəng edilən abonent SMS-məlumat vasitəsilə ona zəng edənə yenidən zəng etmək məlumatını alacaq.

"Mənə yenidən zəng et"xidmətindən Nar Mobile-ın əvvəlcədən ödəmə tariflərindən istifadə edən bütün abonentlər yararlana bilərlər.

"Mənə yenidən zəng et"xidmətini Nar Mobile abonentlərinə və Azərbaycanın digər GSM operatorlarına abonentə yenidən zəng etmək üçün istifadə etmək olar.

Аzerfon BM (ticarət markası Nar Mobile) lisenziyanı Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən ölkə ərazisində mobil rabitəni təqdim etmək üçün alıb. Operator kommersiya fəaliyyətinə 2007-ci il martın 21-dən başlayıb.

Hazırda Nar Mobile-ın abonentlərinin sayı 500 mindən çoxdur.

Xəbər lenti

Xəbər lenti