...

Kapital Bankın şəxsi ipoteka proqramı auditorun təqsirindən ləngiyir- Azərbaycan bankının başçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2008 19:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul/ Trend , müxbir Ü.İsmayılova/ Kapital Bankın Qara dəniz Ticarət və Inkişaf Bankı (QDTİB) hesabına şəxsi ipoteka proqramının həyata keçirilməsinə başlaması,  PriceWaterhouseCoopers auditor rəyini vaxtında təqdim etmədiyindən gecikir, - cümə axşamı mətbuat konfransında Bankın Idarə Heyətinin sədri Rauf Rzayev deyib.

"Biz ümid edirik ki, avqustun sonunadək bu proses başa çatacaq və sentyabrdan biz proqramın həyata keçirilməsinə başlayacağıq", - o deyib.

Rzayev bildirib ki, QTDİB kredit vəsaitlərini Kapital Bankın hesabına yalnız auditor şirkətindən rəy alından sonra köçürəcək.

Kapital Bankla birgə işləyən PriceWaterhouseCoopers-in nümayəndəsi şərh verməkdən imtina edib.

İyunun əvvəlində Kapital Bank və QTDİB ipoteka maliyyələşməsi üçün $12 mln. məbləğində kreditin ayrılması barədə razılaşma imzalayıblar. Kredit altı il müddətinə verilib. Bankın ipoteka kreditləri üzrə təxmini əmanətləri illik 12-13 faiz təşkil edəcək. Vəsaitlərin qaytarılması 11 mərhələdə keçiriləcək, QTDİB-yə birinci vəsait bir ildən sonra daxil olacaq. Kapital Bank ümumilikdə QTDİB-ə 14,4 mln. manat qaytarmalıdır ki, bunun da 2,4 mln. manatı faizlər olacaq.

Hazırda banklar şəxsi proqramları çərçivəsində, yaşayış evlərinin alışını kreditləşdirirlər. Belə ki, Azərbaycan Milli Bankı yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondu (AİF) vəsait olmadığından, ötən ilin yayından yeni ipotekaların verilməsini dayandırıb. İndiyədək AİF vasitəsilə büdcə vəsaitləri hesabına 15 il müdətinə 46 mln. manat kredit verilib.

Xəbər lenti

Xəbər lenti