...

"Parabank" müştərilərinə beynəlxalq VISA plastik kartları təqdim etməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2008 12:36 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 04 avqust / Trend / "Parabank" ASC-nin plastik kart portfelinə yeni məhsullar - beynəlxalq VISA plastik kartlarının 3 növü: VISA Electron, VISA Classic və VISA Gold kartları da daxil olub. Bankdan verilən məlumata görə, artıq "Parabank"ın hər bir əmanətçisi və bankdan kredit alan şəxs VISA plastik kartlarının sahibi olacaq.

Plastik kartların beynəlxalq statusu sahibinə təkcə Azərbaycanda (O cümlədən ölkənin bölglərində) deyil, dünyanın istənilən nöqtəsində ondan istifadə etmək imkanı verir.

VISA Electron (əmək haqqı və debet kartları).Əmək haqqı kartları öz sahiblərinə əmək

haqqını günün istənilən saatında nağd şəkildə almağa imkan verir. VISA Electron, əsasən bankomatlardan nağd pul çıxarmaq, həmçinin elektron terminallarla təchiz olunmuş ticarət və xidmət müəssisələrində mal və xidmətlərin dəyərini ödəmək üçün nəzərdə tutulub.

VISA Classic (debet və kredit kartları). Plastik kartların bu növü dünyanın istənilən nöqtəsində mal və xidmətlərin dəyərini ödəmək və nağd pul çıxarmaq üçün ideal vasitədir. Kart öz sahibinə otellərdə nömrə, təyyarə bileti bron etmək, avtomobil icarəyə götürmək və s. kimi əlavə imkanlar yaradır.

VISA Gold  (debet və kredit kartları). Plastik kartlar sırasında daha nüfuzlu kart olan VISA Gold sahibinə öz fərdiliyini vurğulamaq imkanı qazandırır. Eksklüziv kateqoriyasına aid olan bu kartlar bütün dünyada qızıl kart sahiblərinə xidmət standartlarına ciddi şəkildə riayət olunması hesabına öz sahibinə nüfuz, əsl komfort və yüksək keyfiyyətli xidmətə təminat verir. VISA Gold kredit kartının sahibi bütün mağazalarda, otellərdə və restoranlarda ən arzu edilən qonaq olmaqla yanaşı, VISA ödəniş sistemi tərəfdaşlarının güzəşt və xüsusi təkliflərindən istifadə etmək imkanlarına malikdir.

Bankın mütəxəssisləri harada və necə istifadə ediləcəyindən asılı olaraq, kart seçimində müştərilərə zəruri məsləhətlər verirlər.

Müstəqil Azərbaycanın ilk kommersiya banklarından olan "Parabank" ASC 1991-ci ildən etibarən müştərilərinə geniş çeşiddə universal maliyyə xidmətləri təklif edir. 2007-ci ilin iyul ayından "Parabank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Hazırda bankın 8 filialı var.

Xəbər lenti

Xəbər lenti