Qazaxıstan, Almatı, 14 avqust/ Trend , müxbir R.Məşədihəsənli/ Qazaxıstanda paylılar qarşısında öhdəliklərini qəsdən icra etməyən tikinti şirkətlərinə məxsus daşınmaz əmlak obyektlərinin həbsi başlayıb. İqtisadi və Korrupsiya Cinayəti üzrə Agentlik yalnız Almatıda 40 belə obyektə, 26 torpaq sahəsinə, 39 ədəd avtonəqliyyata həbs qoyub.
Agentliyin mətbuat xidməti bildirib ki, hazırda maliyyə polisi orqanları Astana və Almatıda yeddi, Almatı və Aktyubinsk vilayətlərinin hər birində bir tikinti firmasına qarşı cinayət işinə başlayıb.
Bu gün Qazaxıstanda aldadılan payçılaırn sayı 4 839 nəfərtdir. Onlara vurulan zərbə 12,5 mlrd. tengedən çoxdur.
Maliyyə polisi orqanları tikinti bazarında oğurluqların aşkar edilməsi və təhqiqi üzrə işi davam etdirir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]