Azərbaycan, Bakı, 14 avqust/ Trend , müxbir A.Bədəlova/Sentyabrın 10-dan 13-dək Polşanın Krınitsa şəhərində - "Avropanın seçimi: Mərkəzi Avropa - fəal yoxsa passiv müşahidəçi "18-ci İqtisadi Forumu keçiriləcək. Azərbaycanın TREND İnformasiya Agentliyi forumun media-tərəfdaşı qismində çıxış edir.
Sentyabrın əvvəlində Krınitsada keçirilən ənənəvi İqtisadi forum, Mərkəzi və Şərqi Avropada əlamətdar hadisədir. Forumun missiyası, Aİ və onun qonşuları arasında siyasi və iqtisadi əməkdaşlıq üçün əlverişli mühitin yaradılmasıdır. Forumun təşkilatçısı qismində Varşavanın Şərq institutu çıxış edir.
18-ci İqtisadi Forumun iştirakçıları arasında dövlət və hökumət liderləri, nazirlər, parlament üzvləri, Mərkəzi bank rəhbərləri, biznes dairələrinin nümyəndələri, iqtisadi və qeyri-hökumət təşkilatlarının ekspertləri və 160- dan çox KİV nümayəndəsi olmaqla, 60 ölkədən 2000 minədək qonaq iştirak edəcək.
Azərbaycan tərəfdən forumda İqtisdi İnkişaf nazirinin müavini Mikayıl Cabbarovun və parlamentin vitse-spikeri Valeh Ələsgərovun iştirakı gözlənilir.
Forumun müzakirə edəcəyi mövzular müxtəlif məsələləri əhatə edir. Proqrama 10 tematik blokda birləşdirilmiş 130 müzakirə - makroiqtisadiyyat, biznes və idarəetmə, yanacaq və energetika, yeni iqtisadiyyat, beynəlxalq siyasət və təhlükəsizlik, dövlət və islahatlar, Aİ və onun qonşuları, regionlar, cəmiyyət, elm və mədəniyyət daxildir .
Forumun müvafiq tədbirlər, o cümlədən mədəni və asudə vaxtın səmərəli keçirilməsi tədbirləri daxildir. Forumun əsas xarakterik xüsusiyyəti, "Yeni Avropa. İslahatlara dair məruzə" (New Europe. Report on Transformation) xüsusi məruzənin təqdimat mərasiminin keçirilməsidir.
Məruzə Şərqi Avropa və Cənub-Şərqi Avropanın 28 ölkəsinin, həmçinin, keçmiş Sovet İttifaqı respublikalarının iqtisadi və siyasi vəziyyətinin hərtərəfli təhlilini təqdim edən, illik müstəsna ensiklopedik nəşrdir. Məruzədə xüsusi yer ayrı-ayrı ölkələr qarşısında duran əsas iqtisadi, siyasi problem və vəzifələrə ayrılıb.
Bu ölkələrin ümumi xüsusiyyəti, onların 1989-cu ilədək totalitar kommunist ölkələrinin Şərq blokunu təşkil etməsi, 1989-1992-cu illərdə isə, onların demokratiya və dünya bazarına inteqrasiya edilən, rəqabət qabiliyyətli iqtisadi bazarın inkişafına istiqamətlənmiş, böyük siyasi islahatlar keçirmələrindədir.
İqtisadi forumda enerji təhlükəsizliyi, regional əməkdaşlıq, bank və müəssisələrin perspektivlərinin genişləndirilməsi, institutsional islahatların gələcəyi, şirkət sahibləri və Direktorlar Şurası arasında münasibətlər, kapital axınının azadlığı kimi mövzulara toxunulacaq.
Forumda forumun"Yeni Avropa. İslahatlara dair məruzə" kimi nəşr etdirdiyi bir neçə təhlili məruzələr təqdim ediləcək.
İqtisadi forum çərçivəsində Forumun Proqram Şurası, "Mərkəzi və Şərqi Avropa adamı", "Yeni Avropanın yeni mədəniyyəti", "Mərkəzi və Şərqi Avropanın firması" kateqoriyalarında, görkəmli xadim, firma və təsisatların mükafatlandırılması mərasimi keçirəcək.
Forumun Proqram Şurası Şərq institutu tərəfindən forumun məqsəd və vəzifələrinin həyata keçirilməsi üçün təsis edilib.
Forumun Proqram Şurasının sədri Ziqmunt Berdıçevski (Zygmunt Berdychowski) deyib ki, "Krınitsada yalnız mühüm və aktual beynəlxalq məsələlərin müzakirəsi aparılır. İkinci dərəcəli məsələlərin müzakirəsinə yer yoxdur". Onun sözlərinə görə, forum təkcə Mərkəzi və Şərqi Avropa liderlərinin görüşünün keçirildiyi yer deyil, o həm də bütün Avropa dövlətlərinin siyasi və işgüzar elitasının mühüm görüş yeridir.