...

Gürcüstanda tranzit nəqliyyatı təhlükəsizdir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2008 20:43 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 avqust/ Trend müxbir N.Kirtsxaliya/"Bütün Gürcüstan ərazisində nəqliyyat infrastrukturundan istifadə təhlükəsizdir", - Gürcüstanın iqtisadiyyat naziri Yekaterina Şaraşidze çərşənbə günü Dövlət Dəftərxanasında müdafiə nazirinin müavini Batu Kuteliya ilə birgə brifinqdə bəyan edib. "Müdafiə Nazirliyi dəmir yolu, avtomobil, hava və dəniz nəqliyyatında bütün obyektləri artıq yoxlayıb. Onların hamısı yaxşı və maneəsiz işləyir", - o bildirib.

Şaraşidze qeyd edib ki, Poti limanında vəziyyət normaldır. "Orada baş verən hadisələr gəmilərin batırıldığı hərbi limana toxunub, lakin bu heç bir şəkildə mülki nəqliyyatın fəaliyyətinə təsir göstərməyib", - Gürcüstanın iqtisadiyyat idarəsinin rəhbəri bildirib.

"Biz təhlükəsiz hərəkətin təmin edilməsi üzrə bütün tədbiləri görmüşük", - Kuteliya öz növbəsində bəyan edib. "Həm Gürcüstanın ehtiyacları, həm də onun tranzit imkanlarını ödəmək üçün bütün iqtisadi obyektlərdən rahat istifadə etmək olar", - nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti