...

Gürcüstandakı hadisələr Azərbaycanda potensial sərmayələrin azalmasına gətirib çıxaracaq -  Baker&McKenzie

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Sentyabr 2008 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr/ Trend , müxbir İ.Xəlilova/ Gürcüstandakı hadisələr Azərbaycanda potensial sərmayələrin azalmasına gətirib çıxaracaq, - cümə axşamı Baker&McKenzie Limited-in Bakı ofisinin idarəedici tərəfdaşı Daniel Metyu deyib.

"Sərmayə axını üçün başlıca amil regionda sabitliyin olmasıdır. Stabillik azalırsa, deməli sərmayə yatırımları da azalır. Gürcü-osetin münaqişəsi isə Azərbaycana da mənfi təsir göstərib" ", - o hesab edir.

Baker&McKenzie Azərbaycanda 10 ildir ki, fəaliyyət göstərir və Metyunun sözlərinə görə, bu müddət ərzində ölkədəki biznes iqlimi xeyli yaxşılaşıb. Buna sübut böyük sərmayə axınıdır. Bununla yanaşı, şəxsi mülkiyyətin qeyydiyyatı, girov təminatı ilə bağlı problemlər qalmaqdadır. Belə ki, banklar kredit verəndə əsas etibarilə yaşayış evini girov kimi qəbul edirlər.

Baker&McKenzie-nin nümayəndəsinin sözlərinə görə, iqtisadiyyatın ardıcıl inkişafı üçün təkcə bu problemləri həll etmək yox, həm də qanunvericilik aktlarında mövcud olan boşluqları aradan qaldırmaq lazımdır.

"Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyasına, bank, sığorta sektoruna, maşınqayırmaya da nəzər yetirməlidir", - Metyu qeyd edib.

Məşhur "The Economist" jurnalının baş redaktoru Anna Uolker hesab edir ki, Azərbaycan ÜTT-yə qəbul çərçivəsində bank və sığorta bazarlarını liberallaşdırmalıdır.

O hesab edir ki, Azərbaycanda biznesin inkişafı üçün həm daxili, həm də xarici risklər var. Uolker onların sırasında iqtisadiyyatın artım tempini, inflaysiyanı, gürcü-osetin münaqişəsinin təsirini, dünyada neftin qiymətinin aşağı düşməsini göstərib ki, bu da ölkənin dövlət büdcəsinə neftdən gələn gəlirin azalmasına gətirib çıxarır və öz növbəsində riski artırır.  

Müsbət hal hökumətin neftdən gələn gəlirləri infrastrukturun inkişafına hissə-hissə yönəltməsidir.

Biznes-strukturlarının Azərbaycan hökuməti ilə dialoqu üçün hazırda Bakıda ABŞ, Türkiyə, Böyük Britaniyadan olan orta hesabla 69 xarici şirkətin iştirak etdiyi birinci biznes-görüş keçirilir.

Xəbər lenti

Xəbər lenti