...

Gürcü-osetin münaqişəsi Gürcüstanın Fond və Valyuta Birjasının işinə təsir göstərməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2008 13:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 05 sentyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Fond və Valyuta Birjasında nəzərəçarpacaq heç bir dəyişiklik qeydə alınmayıb. Gürcüstanın sərmayə qrupundan verilən məlumata görə, ötən ay Gürcüstanın Fond Birjasında (GFB) səkkiz Səhmdar Cəmiyyətin səhmləri üzrə sövdələşmələr baş tutub.

Yuvarlaqlaşdırılmış dövriyyə 350,944 lari təşkil edib, 187,314 səhm satılıb. 127 sövdələşmə baş tutub.

Səhmlərin dövriyyəsində lider "Gürcüstanın Xalq Bankı" SC olub. 128,507 səhm satılıb ki, bu da ümumi dövriyyənin 68.6 faizini təşkil edir. Səhmin orta qiyməti 0.08 lari olub.

Pul dövriyyəsi üzrə lider "Gürcüstan Bankı" SC olub. Dövriyyə 301,472.2 lari təşkil edib ki, bu da ümumi pul dövriyyəsinin 86 faizidir. "Gürcüstan Bankı" SC-nin səhminin qiyməti aşağı doğru hərəkət edib, lakin bu, o qədər də nəzərəçarpacaq qədər hiss olunmayıb. Hazırda o, 17-18 lari civarında dəyişir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti