...

Azərbaycan istehlakçıları aldıqları uşaq qidasının keyfiyyəti ilə bağlı narahat olmaya bilərlər – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 14:12 (UTC +04:00)
Azərbaycan istehlakçıları aldıqları uşaq qidasının keyfiyyəti ilə bağlı narahat olmaya bilərlər – nazir müavini

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir S.Babayeva/ "Azərbaycan istehlakçıları aldıqları uşaq qidasının keyfiyyəti ilə bağlı narahat olmaya bilərlər", - Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev çərşənbə günü Bakıda Beynəlxalq Səhiyyə Sərgisi BİHE-2008-in açılışında bildirib.

"Azərbaycanda realizə edilən uşaq qidası sağlamlıq üçün təhlükəli deyil, belə ki, bizə Çindən oxşar məhsullar gətirilmir", - Ağayev bildirib.

Xarici KİV-in məlumatına əsasən, əvvəllər ÇXR-də keyfiyyətsiz ana südü əvəzləyicisindən qidada istifadə nəticəsində 1 mindən çox uşaq zərər çəkib.

İrimiqyaslı yoxlamalar nəticəsində Çində 3 ən iri ana südü əvəzləyicisi məhsulları istehsalçısının - Sanlu Group, Yili Industrial Group Co. və Mengniu Dairy Co. şirkətlərinin məhsullarında melaminin olması aşkar edilib. Çin KİV-in məlumatına əsasən, bir sıra yaşayış məntəqələrində uşaq qidası ilə bağlı fasilələr yaranıb.

Melaminin qida məhsulları və heyvan yeminə qarışdırılması ÇXR-də geniş yayılmış təcrübədir. Melamin zülalın yüksək miqdarda olduğunu təqlid etmək üçün məhsullara əlavə edilir. Çinin hüquq-mühafizə orqanları kifayət qədər opertiv surətdə melaminin uşaq qidasına necə düşdüyünü aydınlaşdırıblar.

Ağayevin sözlərinə görə, Azərbaycan Səhiyyə Nazirliyinin Sanitar-Karantin Müfəttişliyi və sanitar orqanları tərəfindən uşaq qidalarının keyfiyyətinə tam nəzarət həyata keçirilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti