...

Bakının mərkəzində az tutumlu avtobusların hərəkətinə qadağa qoyulub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2008 15:58 (UTC +04:00)
Bakının mərkəzində az tutumlu avtobusların hərəkətinə qadağa qoyulub

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Nəqliyyat Nazirliyi az tutumlu avtobusların şəhərətrafı qəsəbələrdən Bakının mərkəzi küçələrinə girişinə qadağa tətbiq edib. Bu barədə çərşənbə günü Azərbaycan Nəqliyyat Nazirliyindən bildiriblər.

İlin sonunadək şəhərin mərkəzi küçələri üzrə az tutumlu avtobusların hərəkəti tam olaraq qadağan ediləcək.

"Bu proses hələ bir həftə öncə başlanıb, lakin dünəndən daha fəal şəkildə həyata keçirilir", - deyə nazirlikdən bildiriblər.

Bu avtobusların şəhərətrafı və Bakının mərkəzi küçələrindən kənarda hərəkətinə hələ ki, icazə verilir. Proses tədricən həyata keçiriləcək, "bu marşrutların eyni zamanda şəhərdən yığışdırılması mümkün deyil", - deyə nazirlikdən bildiriblər.

Elmlər Akademiyası metrosu, Hüseyn Cavid prospekti, "İçəri Həhər" mertosunadək olan ərazilərdə, həmçinin, "Azneft" dairəsində və "Neftçilər" prospektində az tutumlu avtobusların hrəkəti tamamilə qadağan edilib. Lakin bu avtobusların ikinci dərəcəli marşrut və yollarda istifadə oluna bilər. Nazirlikdən bildiriblər ki, orta və iri tutumlu avtobusların hərəkətinə qadağa qoyulmayıb.

"Az tutumlu sərnişin dayışan avtobusların sahiblərinə bu barədə xəbərdarlıq hələ 2006 - cı ildə edilib. Onlara sərnişindaşıma üçün daha iri tutumlu avtobusdan istifadə etmələri tövsiyə olunub", - deyə nazirlikdən vurğulayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti