...

Avropa zonasının iqtisadiyyatı resessiya yolunda birinci olacaq - Qərb iqtisadçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2008 10:25 (UTC +04:00)
Avropa zonasının iqtisadiyyatı resessiya yolunda birinci olacaq - Qərb iqtisadçısı

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Bədəlova/ Avropa zonasının iqtisadiyyatı, ressesiya vəziyyətinə daxil olan dünyanın iri iqtisadiyyatı üzrə  birinci olacaq, - Capital Economics Britaniya Konsaltinq şirkətini iqtisadi tədqiqatlar üzrə baş iqtisadçısı Conatan Loyens (Jonathan Loynes) hesab edir.

"İkinci rübdə Avropa zonasının iqtisadi artmının azalması regionun kreditləşməyə qoyulan mədudiyyətdən yayınacağına və tamamilə toxunulmamış qalacağına olan ümidləri puç edib", - çərşənbə günü Trend -a elektron poçtu ilə Loyens xəbər verib.

"Kreditləşməyə dünya üzrə qoyulan məhdudiyyət Avropa zonasının maliyyə bazarlarına ziyan vurub və banklar böyük itkiyə yol verib", - Loyens qeyd edib.

Cari həftənin mənfi makroiqtisadi məlumatları göstərib ki, Avropa iqtisadiyyatı ləngiməyə qarşı ənənəvi dözümlüyünü qoruyub. Avronun fəaliyyət zonasında PMI-ın işgüzar indeksi sentyabrda 47 faizədək azalıb. Bu götərici avqustda 48,2 faiz təşkil edib.

Britaniyalı iqtisadçının sözlərinə görə, region iqtisadiyyatının son durğunluğu yüksək inflyasiya səviyyəsinin müvəqqəti nəticəsidir.

"Biz hesab edirik ki, yüksək inflyasiya üç rübdə  regionun real ümumdaxili məhsulunun artımının azalmasına səbəb olacaq", - Loyens bildirib.

2007-ci ilin avqustundan 2008-ci ilin avqustunadək Avropa zonasında inflyasiya 3,8 faiz olub. Ötən ay regionda ay ərzində 0,1 faiz təşkil edən deflyasiya qeydə alınıb. Maksimal inflyasiya Latviyada  - 15,6 faiz, Litvada - 12,2 faiz və Bolqarstanda - 11,8 faiz qeydə alınıb.

Loyensin sözlərinə görə, hadisələrin belə inkişafı, regionun daşınmaz əmlak bazarında azalmanı gücləndirə bilər. İrlandiyada daşınmaz əmlakın qiyməti qəfil azalıb. İspaniya və Fransada da bu hal müşahidə edilməyə başlayıb.    

Loyensin dediyinə görə, Avropa zonasının iqtisadiyyatının artımı bu il və gələn il bir faizə yaxın olacaq ki, bu da analitiklərin gözləntilərindən azdır.

"Lakin hər halda regiondakı durğunluğun digər regionlarla müqayisədə qısamüddətli və müvəqqəti xarakterli olmasına ümidlər qalmaqdadır", - o deyib.

Xəbər lenti

Xəbər lenti