...

Almaniya hökuməti "Hypo Real Estate" bankını xilas etməyə çalışır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 11:21 (UTC +04:00)
Almaniya hökuməti "Hypo Real Estate" bankını xilas etməyə çalışır

Almaniyanın federal kansleri və maliyyə naziri ilə "Bundesbank and Bafin"in maliyyə idarəediciləri arasında bazar günü keçirilən görüşdə, banklar konsorsiumunun HRE-nin xilas ediməsi üzrə plandan çıxmasından sonra böyüklüyünə görə Alimaniyanın ikinci bankı olan "Hypo Real Estate"nin (HRE) xilas edilmə yolları müzakirə edilib. Bu barədə RİA Novosti Reyter agentliyinə istinadən xəbər yayıb.

HRE üzərində müflislik təhlükəsi, onun törəmə müəssisəsi "Depfa"nın maliyyə itkisinə məruz qalması səbəbindən yaranıb. Avropa Komissiyası tərəfindən təqdir edilən plana müvafiq olaraq Almaniya banklar konsorsiumu HRE-yə səkkiz mlrd. avro (11 milliard dollar) həcmində kredit təqdim etməli, Almaniya hökuməti isə kreditin qalan hissəsini (27 milliard avro və ya 37 mlrd. dollar) təmin etməli idi.

Görüşün yekunu üzrə keçirilən mətbuat konfransında kansler Angela Merhel bildirib ki, Almaniya hökuməti daşınmaz əmlak sahəsində fəaliyyət göstərən "Hypo Real Estate" bankının likvidlik böhranı səbəbindən ölkənin bank sistemində problemlərin yaranmasına yol verməyəcək. Maliyyə naziri öz növbəsində bildirib ki, likvidlik defisiti milyardlarla avro təşkil edir və hökumət HRN-nın problemlərinin həlli üzərində iş aparır.

HRE rəhbərliyi şənbə günü bəyan edib ki, müflislikdən xilas olma planı pozulub. Bankın məlumatında qeyd olunur ki, plan, onda iştirak edən banklar konsorsiumunun kredit xətti ayırmaqdan imtina etməsi səbəbindən pozulub. Bəyanatada bildirilir ki, indi bank müflis olmamaq üçün "digər yollar" axtaracaq.

Xəbər lenti

Xəbər lenti