...

Azərbaycanın bankı 2010 - cu ildən sonra xarici kapitalın payını genişləndirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir N.İsmayılova/  United Credit Bank (UCB) 2010 - cu ilədək bankın səhmdar kapitalına potensial sərmayədarların cəlb edilməsi üzrə planları təxirə salıb.

"Bank 2010 - cu ilədək xarici bazarda səhm satmağa hazırlaşmır", - UCB - nin İdarə Heyətinin sədr müavini Vahid Əliyev bazar ertəsi bildirib.

Hazırda United Credit Bank artıq vəsaitlərin cəlb edilməsi və öz səhmlərin satılması məqsədilə Avropa bankları ilə danışıqlar aparsa da, bu planların 2010 - cu ildən sonra realizə ediləcəyi gözlənilir.

Sədr müavininin qeyd etdiyinə görə, bunadək 2009 - cu ilin birinci yarısında beynəlxalq reytinqin alınması gözlənilir. Lakin UCB hələ ki reytinq agentliyini müəyyən etməyib.

Bankın 2008 - 2010 - cu illərdə inkişaf strategiyasına əsasən, onun planlarına beynəlxalq maliyyə institutlarının səhmdarlığa cəlb edilməsi daxildir. Hazırda UCB -də xarici kapitalın iştirak payı 8,24 faiz təşkil edir və fiziki şəxs Əli Marayevə məxsusdur. Qalanları aşağıdakı şəkildə paylaşdırılıb. United Business Company - 88,79 faiz və Adil Hüseynov - 2,97 faiz.

United Credit Bank - ın strategiyasına əsasən, xarici sərmayədarların kapitaldakı payını 10 faizədək artırmaq planlaşdırılır. Buna baxmayaraq, gələcəkdə onun üç faizədək azaldılması göstərilib. Xarici sərmayədarların siyahısını genişləndirərkən məcmu kapitalda mövcud səhmdarların payını ən azı 60 faiz səviyyəsində saxlamaq planlaşdırılır. Bu o deməkdir ki, xarici səhmdarların cəlb edilməsinin məqsədi kapitalın restrukturizasiyası deyil, onun artırılması olacaq.

Səhmdar kapitalını hazırki 12,108 mln. manatdan 22,108 mln. manatadək artırmaq planlaşdırılır. 2009 - cu ildən United Credit Bank- ın kapitalının 28 mln. manat, 2010 - cu ildən isə, 35 mln. manatadək çatdırılacağı gözlənilir.

Balans kapitalını ötən ilin yekunları üzrə 13,798 mln. manatdan 2008 - ci ildə 27,597 mln. manat, 2009-cu ildə 31,014 mln. manat və 2010 - cu ildə 39,517 mln. manatadək artırmaq proqnozlaşdırılır.

Oktyabrın 6 - na olan cari mübadilə məzənnəsi -- 0,8101 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti