...

Vergi cinayətlərinin araşdırılmasından Azərbaycanın dövlət büdcəsinə ödənişlər təxminən beş dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2008 19:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 oktyabr/ Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti cari ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 141 cinayət cinayət işi qaldırıb, - cümə axşamı nazirlikdən bildiriblər.

Bu işlərdən 13 - ü bilavasitə Departamentə daxil olmuş əməliyyat məlumatları ilə bağlı toplanmış materiallar üzrə qaldırılıb.

91 cinayət işi üzrə ibtidai istintaqı tamamlanıb,  38 iş üzrə vergiləri ödəməkdən yayınma, 6 iş üzrə qanunsuz sahibkarlığın aparılması, 1 iş  üzrə aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması  faktları aşkar edilib, 55 nəfər barəsində 47 cinayət işi  baxılması üçün məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 26 cinayət işinə xitam verilib.

Dövlət büdcəsinə 7,024 mln. manat ödənilib. Bu vəsaitin 1,051 mln. manatı istintaqı  tamamlanmış  cinayət işləri, 5,974 mln. manat cinayət işi başlanması rədd edilmiş cinayət işləri üzrə əldə edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə, bu göstərici 5,802 mln. manat və ya 4,7 dəfə artıb.

Vergiləri ödəməkdən yayınma və digər vergi cinayətləri üzrə  30 şəxsin həbsi barədə qərar qəbul edilib.

91 şəxsə dair departamentə daxil olan operativ informasiya əsasında materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilib.

Oktyabrın 9-na olan cari mübadilə məzənnəsi -- 0,8094 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti