...

DB - nin rəhbəri maliyyə böhranını "süni fəlakət" adlandırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Oktyabr 2008 19:54 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 oktyabr/ Trend / Hazırki maliyyə böhranı "süni yaradılan fəlakətdir". Dünya Bankının rəhbəri Robert Zellik, Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunun (BVF) inkşaf Komitəsinin iclasının yekunları üzrə bazar günü jurnalistlərə bildirib,-  İTAR - TASS xəbər verir.

"Bu, süni yaradılmış fəlakətdir və onu aradan qaldırmaq imkanları bizim əlimizdədir", - Zellik bildirib.

Onun sözlərinə görə, "sentyabrda və oktyabrda baş verən hadisələr göstərib ki, bazarları yeni qlobal iqtisadiyyat üçün müasirləşdirmək" və onları їçoxtərəfliї etmək lazımdır. Zellik vurğulayıb ki, "indi diqqəti yalnız hazırki böhrana yönəltmək lazım deyil, həm də gələcəkdə belə böhranların baş verməməsi üçün yeni sistem yaratmaq lazımdır".

BVF-nin rəhbəri Dominik Stross-Kan "bir neçə həftədən sonra hazırki böhranın azalacağıaї  ümid ifadə edib. Lakin bununla yanaşı, o qeyd edib ki, bu vəziyyət їərzaq və yanacağın yüksək qiymətləri ilə bağlı yaranan digər böhranlara əlavə olub".

"Hazırda diqqətimizin 90 faizini maliyyə məsələlərinə həsr etsək də, dövlətlərin qarşılaşdığı digər problemləri də unutmamalıyıq", - BVF-in rəhbəri bildirib.

Dominik Stross-Kan hesab edir ki, hazırki maliyyə böhranının ardınca ərzaq və yanacaqla təminatda problemlərlə qarşılaşan inkişafda olan ölkələri unutmaq lazım deyil.

"їBiz böyük, ola bilsin ki son vaxtlar ərzində ən ciddi böhranla qarşılaşmışıq. Lakin biz yüksək qiymətlərlə əlaqədar ərzaq və yanacaqla bağlı problemləri olan ölkələrin qarşılaşdığı digər böhranı da unutmamalıyıq", - D.Stross-Kan   bildirib.

BVMK-nın iclasının yekunları üzrə kommünikde bu fikir inkişaf etdirilib. Kommünikedə qeyd olunur ki, їo cümlədən də yanacaq və ərzağın qiymət artımına aparan maliyyə çətinlikləri, inkişafda olan bazar və ölkələrin qarşılaşmalı olduqları çağırışların sayını artırırї. Bununla əlaqədar, sənəddə їinkişaf etmiş və inkişafda olan iqtisadiyyatlar arasında birgə fəaliyyətin çox vacib olmasıї vurğulanır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti