...

BMT Korporativ Sosial Məsuliyyət haqqında Saziş çərçivəsində 25 şirkət cəlb etmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Birləşmiş Millətlər Təşkilatı Korporativ Sosial Məsuliyyət haqqında Saziş çərçivəsində, təxminən 10 Azərbaycan və 15 transmilli şirkət cəlb etməyi planlaşdırır", - BMT-nin İnkişaf Proqramı (UNDP) üzrə baş məsləhətçi Gülşən Rzayeva çərşənbə axşamı seminarda bildirib.

"BMT-nin planlarına əsasən, yaxın dörd ay ərzində təxminən 10 - dək yerli şirkət sazişə qoşula bilər", - Rzayeva bildirib.

BMT-nin Qlobal Sazişi insan haqqları, əmək, ətraf mühit, korrupsiya ilə mübarizə sahəsində sosial öhdəliklərin həyata keçirilməsinə yönəlmiş mexanizmdən ibarətdir.

Rzayevanın sözlərinə görə, yerli şirkətlər, biznes - assosiasiyalar və qeyri -kommersiya qurumları könüllü əsasda Qlobal Sazişə qoşula bilər.

Treninq zamanı Qlobal Sazişin 10 əsas prinsipi müzakirə edilib. Burada qeyd olunur ki, şirkətlər sazişə qoşularkən BMT ilə təcrübə mübadilə aparmaq, korporativ idarəetməni təkmilləşdirmək, əmək intizamını və işin səmərəliliyini yaxşılaşdırmaq imkanı əldə edəcəklər.

İyunun 2- də başlayan layihə StatoilHydro-nun maliyyə dəstəyi ilə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı strukturları, Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondu tərəfindən hazırlanıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti