Azərbaycan, Bakı, 14 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Cari ilin yanvar -sentyabrında Azərbaycanda 92,4 mindən çox daşınmaz əmlak qeydiyyata alınıb. Bu barədə çərşənbə axşamı Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən bildiriblər.
Qeydiyyata alınanların ümumi sayından 35,5 mini ilkin, 56,9 mini ölkənin daşınmaz əmlakının təkrar bazarının payına düşüb.
Doqquz ay ərzində bütün ölkə üzrə 14,9 min daşınmaz əmlakın ipoteka kreditləşməsi üzrə sənəd qeydə alınıb və 70,2 min texniki pasport verilib.
2007-ci ilin analoji dövrü ilə müqayiəsdə, ilkin bazarda qeydiyyata alınan daşınmaz əmlak növlərinin sayı ilkin bazarda 1,9 min, təkrar bazarda 12,3 min artıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]