...

BVF Ukraynaya iqtisadi vəziyyətin stabilləşməsi üçün kömək etməyə söz verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2008 14:44 (UTC +04:00)

Ukrayna, Kiyev, 17 oktyabr / Trend , müxbir Z.Novosvitski/ Beynəlxalq Valyuta Fondu (BVF) ölkədə iqtisadi vəziyyətin stabilləşməsi üçün kömək etməyə söz verib. UNİAN - ın verdiyi məlumata görə, bu barədə cümə günü Baş nazir Yuliya Timoşenko ilə görüşün gedişində BVF missiyasının rəhbəri Ceyla Pazarbaziolu deyib.

O qeyd edib ki, BVF bütün struktur üzvlərinə dəstək və yardım göstərməyə hazırdır. "Biz iqtisadi siyasətin hazırlanması üçün səlahiyyətimizdə olan hər şeyi etməyə hazırıq", - deyən Pazarbaziolu qeyd edib ki, hazırda BVF Ukraynanın müvafiq nazirlikləri, iqtisadi və maliyyə məsələləri üzrə ekspertləri ilə kifayət qədər fəal və səmərəli əməkdaşlıq edir.

Timoşenko cari ilin doqquz ayı ərzində Ukrayna iqtisadiyyatının müsbət inkişaf göstəriciləri olduğunu qeyd edib. Lakin dünya maliyyə böhranının nəticələrini ölkənin hiss etməyə başlamasını da bildirib. Bu hər şeydən əvvəl dağ-mədən və kimya sənayesi kompleksi müəssisələrində özünü göstərib.

Dünən Ukraynada Beynəlxalq Valyuta Fondunun missiyası öz işinə başlayıb.

Timoşenkonun sözlərinə görə, BVF Ukraynaya maliyyə sisteminin stabilləşməsi üçün 3 milyarddan 14 milyardadək məbləğdə xüsusi kreditlər ayırmaq məsələsinə baxmağa hazırdır.

Xəbər lenti

Xəbər lenti