Azərbaycan, Bakı, 23 oktyabr/ Trend , müxbir İ.Xəlilova, N.İsmayılova/ "ABB -Moskva" MMC Frankfurtda ilk filialını açmağı planlaşdırır və artıq Rusiya Mərkəzi Bankından baş lisenziya alınıb, - MMC-nin İdarə Heyətinin sədri Fuad Abdullayev cümə axşamı Bakıda bildirib.
"Biz ABB - nin Frankfurtdakı nümayəndəlik ofisi ilə sıx iş aparır və biznes plan hazırlayırıq, - Abdullayev bildirib. Biz Almaniya Mərkəzi Bankından icazənin alınması prosesindəyik və düşünürəm ki, hər şey normal olsa və qaydalar sərtləşdirilməsə, gələn il filialı aça biləcəyik".
Filialı Frankfurtda, ABB -nin ana şirkətinin nümayəndəliyinin bazasında açmaq planlaşdırılır.
Bu bazar bank əməliyyatlarının inkişafı üçün maraqlı istiqamətdir; Rusiya və Almaniya arasında illik ticarət dövriyyəsi $35 mlrd. təşkil edir.
Rusiya Bankı tərəfindən kredit təşkilatının fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar verilmiş bank əməliyyatlarının həyata keçirilməsinə dair baş lisenziyanın alınması MMC-yə xaricdəki filial şəbəkəsinin genişləndirməyə imkan verir.
ABB - Moskva ikinci filialı gələn il Nijnı Novqorodda açmağı planlaşdırır.
"Bu kifayət qədər iqtisadi baxımdan fəal regiondur. Azərbaycan və Rusiya arasında mal dövriyyəsinin 20 faizi məhz Nijnı Novqorodun payına düşür, - Abdullayev bildirib. Burada maşınqayırma, gəmiçilik, gəmiqayırma sahəsində çox iri müəssisələr cəmləşdiyinə görə, region bizim üçün kifayət qədər maraqlıdır".
Bu gün RF-də fəaliyyət göstərən 1300 bankın hamısının baş lisenziyası yoxdur. Onun alınması uzun vaxt tələb edir və ABB - Moskvaya belə lisenziyanın verilməsi onun Rusiya ərazisindəki statusunu və etibarı təsdiq edir. ABB - Moskvaya baş lisenziya verən RF Mərkəzi Bankı bununla da bütün bank əməliyyatlarının aparılmasını təsdiqləyib və bank strukturunun genişləndirilməsi imkanı əldə edib.
Bu gün Bankın Moskva, Moskva əyaləti, Yekaterinburq, Sankt-Peterburqda filial şəbəkəsi var.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]