...

Azərbaycan Rusiyadan ət idxalına qadağa qoyub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2008 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Müfəttişliyi Rusiyanın Stavropol diyarından ölkəyə donuz ətinin gətirilməsinə qadağa qoyub, - cümə günü müfəttişlikdən bildiriblər.

Bu qərar, Stavropol diyarında donuzlar arasında heyvanların kütləvi tələfata gətirmiş Afrika taunu faktının aşkar edilməsi ilə əlaqədar verilib.

Heyvan mənşəli yem məhsulları və yemə əlavələrin idxalında da qadağa qoyulub.

Dövlət Müfəttişliyi Afrika taununun Azərbaycana daxil olmasının qarşısını almaq məqsədilə, nəzarət - buraxılış məntəqələrində gücləndirilmiş iş aparır.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Müfəttişliyi bəyan edir ki, ölkədə Afrika taunu ilə əlaqədar epizootik vəziyyət sabitdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti