...

ABŞ – da dərin resessiya başlayıb – britaniyalı analitik

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Noyabr 2008 12:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 oktyabr / Trend , müxbir A.Bədəlova/ Cari ilin üçüncü rübündə Birləşmiş Ştatlarda ÜDM səviyyəsinin azalması ölkədə dərin resessiyanın başlaması əlamətindir. Bu barədə Böyük Britaniyanın iqtisadi araşdırmalar üzrə konsaltinq şirkəti "Capital Economics"in ABŞ üzrə baş iqtisadçısı Pol Eşvort (Paul Ashworth) bildirib.

"2008-ci lin üçüncü rübündə ÜDM illik hesablamalarda 0,3 faiz azalıb, lakin daha pisi hələ qabaqdadır", - deyə Trend -a cümə günü elektron poçt ilə Eşvort bildirib.

"Capital Economics"in analitikləri güman edirlər ki, Amerika iqtisadiyyatı dərin və uzun resessiya hiss edəcək, onun bərpa tempi isə, çox cüzi olacaq.

Bu həftə ABŞ -ın Ticarət Nazirliyinin açıqladığı məlumatlara əsasən, Amerika vətəndaşları son vaxtlar öz xərclərini əhəmiyyətli dərəcədə azaldıblar. ÜDM 2008-ci ilin üç rübü ərzində 0,3 faiz azalıb ki, bu da son on il ərzində ÜDM üzrə ən əhəmiyyətli azalmadır. İyuldan sentyabradək amerikalıların istehlakçı xərcləri 17 il ərzində ilk dəfə olaraq ötən illə müqayisədə 3,1 faiz düşüb. ABŞ sakinlərinin gəlirləri (Vergi və kredit ödəmələrindən sonra ailədə şəxsi xərclər üçün qalan vəsait) 8,7 faiz düşüb. Biznes - sərmayələr zəif tələbat və yüksək borc vəsaitləri nəticəsində 5,5 faiz azalıb.

Bununla belə, bəzi sahələrdə müsbət nəticələr müşahidə olunub; üçüncü rübdə ixrac 5,9 faiz artıb, kommersiya daşınmaz əmlakına yatırılan sərmayələr 7,9 faiz artıb. Eşvortun fikrincə, enmə ötüb keçməyəcək və bu sahələr növbəti sahələrdir.

"Dolların bərpa edilməsi ilə yanaşı, Avropa və Asiyada iqtisadi fəallığın düşməsi, yaxın gələcəkdə ixracın enməyə başlayacağınadan xəbər verir", - deyə Eşvort bildirib.

"Capital Economics"in proqnozlarına görə, 2009 - cu ildə ÜDM artımı 1,5 faiz düşəcək və 2010 - cu ilədək dəyişilməz qalacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti