Azərbaycan, Bakı, 14 noyabr / Trend / AccessBank Turizm İnstitutunun tələbələrinə Visa plastik kartlarını təqdim edib. Tələbələr bu kartların vasitəsilə təqaüd alacaqlar. Bankın pres-relizində bu barədə deyilir.
Kartların verilməsi təhsil sektorunun inkişaf proqramı çərçivəsində aparılır.
Tələbələrə 143 kart təqdim olunub, bu rəqəm hələ artacaq. Ümumilikdə pedaqoji personala və institutun əməkdaşlarına maaşlarının alınması üçün 62 kart verilib.
Azərbaycan Turizm İnstitutu 25 avqust 2005-ci ildə, prezidentin fərmanı ilə yaradılıb.
AccessBank 2006-cı ilin noyabrında Visa sertifikatlarına keçib. Bank 100 faizli əcnəbi kapitala malikdir. O, altı maliyyə institutu arasında bölünüb. Bunların arasında Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Alman İnkişaf Bankı (hərəsinin payı 20 faiz olmaqla), Access Holding (16,5 faiz), Almaniyanın LFS Financial systems GmbH (3,5 faiz) da var.
Noyabrın 14-də rəsmi məzənnə 0,8093AZN/USD-dir.