Azərbaycan, Bakı, 27 noyabr/ Trend , müxbir N.İsmayılova/ "Azərbaycanın AGBank-nın rəhbərliyi Fitch Ratings beynəlxalq reytinq agentliyindən alınmış reytinqdən razıdır", - bankın İdarə Heyətinin sədri Azər Mövsümov cümə axşamı bildirib. "Belə alındı ki, bankın özünün birinci reytinqini alması qlobal böhranla üst-üstə düşüb. AGBank-ın beynəlxalq reytinq agentliyinin təhlilini uğurla keçməsi və yalnız dövlətin iştirak etdiyi bankdan geri qalan reytinq alması faktı bizim bankın keyfiyyətinin və ümumilikdə, Azərbaycanın bank sisteminin sabitliyinin göstəricisidir", - Mövsümov bildirib.
Fitch Ratings banka aşağıdakı reytinqləri verib: xarici valyutada uzunmüddətli emitent defoltu reytinqi (EDR) "B -" (B mənfi), proqnoz "sabit", xarici valyutada qısamüddətli EDR "B", dəstək reytinqi "5", fərdi reytinq "D/E", uzunmüddətli EDR-in dəstəklənməsi səviyyəsi --"dəstək yoxdur".
Noyabrın əvvəlinə AGBank-ın aktivləri 221 mln. manatı ötüb. İlin əvvəlindən aktivlərin artımı 41 faiz təşkil edib. Noyabrın 1 - də 162,5 mln. manata çatmış bankın kredit portfeli 50 mln. manatdan çox artıb.
İlin əvvəlindən bankın cəlb etdiyi vəsaitlər 51 mln. manat artıb və noyabrın 1-nə 186,7 mln. manat təşkil edib. Bununala belə, depozitlərin artım strukturunda fiziki şəxslərin əmanətləri üstünlük təşkil edir - ilin əvvəlindən 54 faiz artım.
AGBank Azərbaycanda Avropa Yenidənqurma və İnkişaf Bankının xətii ilə ticarətin maliyyələşdirilməsi proqramının iri iştirakçısıdır. Beynəlxalq Maliyyə Korporasiyası bankın kapitalında 17,5 faiz iştirakla onun səhmdarıdır.
Noyabrın 27 - nə olan cari mübadilə məzənnəsi -- 0,8079 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]