...

Dünya maliyyə böhranına baxmayaraq Rusiyada iqtisadi nəticələr yaxşıdır – RF-nin Baş naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 15:05 (UTC +04:00)
Dünya maliyyə böhranına baxmayaraq Rusiyada iqtisadi nəticələr yaxşıdır – RF-nin Baş naziri

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir A.Bədəlova/ "Dünya maliyyə böhranının mənfi nəticələrinə baxmayaraq, 2008-ci ildə Rusiyada iqtisadi göstəricilər yaxşıdır", - deyə cümə axşamı "Vesti" telekanalı ilə yayımlnan birbaşa efirdə Rusiya Federasiyasnın Baş naziri Vladimir Putin bildirib.

"Dünya maliyyə böhranı şübhəsiz, Rusiyadan da yan keçməyib. Lakin 2008-ci ilin nəticələri barədə danışsaq, onların bütövlükdə yaxşı olduğunu demək olar", - deyə Putin bildirib.

Onun sözlərinə görə, 2008-ci ildə Rusiya iqtisadiyyatında artım 6,8-6,9 faiz, real əmək haqları üzrə artım 12,6 faiz, pensiya üzrə artım 12 faizdən bir qədər çox təşkil edib.

Baş nazir qeyd edib ki, cari il ərzində rekord nəticəni kənd təsərrüfatı sahəsi göstərib. Bu sahə üzrə artım 8,8 faizə bərabər olub.

İlin yekunu üzrə ölkədə inflyasiya 13 faiz təşkil edib.

Putinin sözlərinə görə, Rusiya maliyyə böhranına görə əhalinin əmək haqlarını və müavinətlərini azaltmayacaq. "Biz müavinətlərin artrılması üzrə bütün planları yerinə yetirmək niyyətindəyik", - deyə Baş nazir bildirib.

Putin qeyd edib ki, Rusiya prinsip etibarilə sərmayələr planını yenidən nəzərdən keçirmək niyyətində deyil.

Baş nazirin sözlərinə görə, hazırkı çətin dövrü minimal xərclərlə keçmək üçün RF-nin hər bir şansı var.

"Lakin biz buna mənəvi, təşkilati, maliyyə və hətta siyasi cəhətdən hazır olmalıyıq", - deyə Putin bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti