...

Azərbyacan banklarının faiz dərəcələrini artırması qaytarma riskini yüksəldəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Dekabr 2008 19:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr/ Trend , müxbir N.İsmayılova/ "Azərbaycan banklarının kreditlər üzrə faiz dərəcələrini artırmaları qaytarma riskini yüksəldəcək", - AGBank-ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayev çərşənbə günü bildirib.

"Mən faiz dərəcələrinin və tariflər baxımından kredit siyasətinin dəyişdirilməsinə əsas görmürəm; kreditlərin bahalaşması qaytarma riskinin artmasına gətirəcək", - Əsədullayev deyib.

Onun rəyinə görə, bankların əməl edə biləcəkləri daha düzgün siyasət real sektora yönəlmiş sabit kreditləşdirmə siyasətidir.

"İndi real sektor, istehsalat, kənd təsərrüfatına pul yatırmağın vaxtı çatıb. Belə ki, daşınmaz əmlakın qiymətlərinin düşməsinə görə hazırki şəraitdə girovlar zərər çəkə bilər", - AGBank-ın Müşahidə Şurasının sədri vurğulayıb.

Dekabrın 1-nə Azərbaycan bankları tərəfindən 6680,7 mln. manat kredit verilib. Noyabrda banklar iqtisadiyyatın kreditləşdirilməsini 2,4 faiz, yanvar-noyabrda - 46,7 faiz, illik hesablamada isə 58,6 faiz artırıblar.

Noyabrın əvvəlinə AGBank-ın aktivləri 221 mln. manatı ötüb. İlin əvvəlindən aktivlərin artımı 41 faiz təşkil edib. Noyabrın 1-də 162,5 mln. manata çatmış bankın kredit portfeli 50 mln. manatdan çox artıb.

İlin əvvəlindən bankın cəlb etdiyi vəsaitlər 51 mln. manat artıb və noyabrın 1-nə 186,7 mln. manat təşkil edib. Bununala belə, depozitlərin artım strukturunda fiziki şəxslərin əmanətləri üstünlük təşkil edir - ilin əvvəlindən 54 faiz artım.

Beynəlxalq Maliyyə Korporasiyası və Amerikanın Kazimir Investment LTD   şirkətləri, müavfiq olaraq, 17,5 və 10 faiz payla AGBank-ın Nizamnamə kapitalında iştirak edirlər.

Dekabrın 24-nə olan cari mübadilə məzənnəsi -- 0,8022 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti