...

Azərbaycanın turizm imkanları Vyanada keçirilən Ferien-Messe Wien sərgisində təqdim olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2009 11:28 (UTC +04:00)

Avstriya, Vyana, 16 yanvar/ Trend , müxbir A.Ələsgərov/ Yanvarın 15-dən Vyananın MessezentrumWienNeu sərgi zalında Avstriyanın növbəti aparıcı turizm sərgisi Ferien-Messe Wien keçirilir. Azərbaycanı bu sərgidə ölkənin Mədəniyyət və Turizm Nazirliyindən Günay Fərəcova və Cəmil Kəlbəliyev təmsil edir.

Azərbaycanın turizm imkanları, mədəni-tarixi yerləri və ölkə haqqında ümumi məlumat müxtəlif kitab və kitabçalar şəklində maraqlı şəxslərə paylanır.

Azərbaycanın sərgidə iştirak etməkdə (2005-ci ildən iştirak edir) əsas məqsədi ölkəyə mümkün qədər çox Avstriya və əcnəbi turist cəlb etməkdən ibarətdir. Bu il sərgiyə 55 ölkədən 530 iştirakçı toplaşıb. Onların arasında turizm şirkətləri, hava yolları, otellər üzrə agentliklər, avtomobil icarəyə verən firmalar və digərləri var.

Xəbər lenti

Xəbər lenti