...

Apreldə Azərbaycanda qızıl hasilatı başlanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 03:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 yanvar / Trend /

Azərbaycanda qızıl və mis hasilatı ilə bağlı layihələri həyata keçirən Anglo Asian Mining PLC şirkəti, aprelin əvvəlində "Gədəbəy" yatağından qızıl çıxarılmasına başlayacağını bəyan edib.

"Zavoddakı tikinti işləri artıq sona çatıb. Avadanlıqların quraşdırılması prosesi yanvarın sonunda bitəcək. Martın ortalarına qədər elektron boru və cihazlar quraşdırılacaq", - şirkətin məlumatında deyilir.

"Gədəbəy" yatağındakı qızıl ehtiyatları 700 min unsiyadan artıq qiymətləndirilir.

1997-ci ilin avqustunda Azərbaycan höküməti ilə bağlanmış müqaviləyə əsasən, Anglo Asian Mining PLC şirkəti Azərbaycanın cənub-qərbindəki altı - "Gədəbəy", "Ordubad", "Qoşa Bulaq", "Qızıl Bulaq", "Vejnəli" və "Soyutlu" yataqlarında qızılçıxarma işləri aparmaq hüququna malikdir.

Xəbər lenti

Xəbər lenti