...

Azərbaycan ərzaq taxılı tələbatını daxili istehsal hesabına ödəyə bilər – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2009 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir S.Babayeva/

2009 - cu ildə Azərbaycan ərzaq taxılı tələbatını daxili istehsal hesabına ödəyə bilər, - kənd təsərrüfatı naziri İsmət Abbasov cümə günü bildirib.

"Hava şəraiti əlverişli olsa və biz 2008-ci ildəki taxıl istehsalı həcminə nail ola bilsək, o zaman ölkənin tələbatını ödəyə real olaraq biləcəyik", - nazir deyib.

2008 - ci ildə Azərbaycanda dənli və dənli-paxlalı bitkilərin istehsalı, hökumətin proqnozlaşdırdığı kimi, rekord səviyyəyə çatıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, dənli bitkilərin (qarğıdalı da daxil olmaqla) istehsalı 2,5 milyon tona çatıb ki, bu da 2007-ci illə müqayisədə, təxminən 500 min ton çoxdur. Ölkədə dənli bitkilərin əkin sahələri 800 min hektardan çoxdur.

Azərbaycanın taxıla olan illik tələbatı üç milyon tondur və bunun 1 milyon tonu idxal olunur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti