...

Bakı Fond Birjası tarixində ilk dəfə ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2009 14:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral/ Trend / 2009-cu ilin yanvar ayı ərzində Bakı Fond Birjasında bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 1.086,594 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövr göstəricisini 177,26% üstələyir.

Əqdlərin böyük hissəsi  (91,33%) dövlət qiymətli kağızları ilə aparılıb.

Birjanın tarixində ilk dəfə olaraq ən böyük artım səhmlərin təkrar bazarında qeydə alınıb - bu sektorda əməliyyatların həcmi 5 dəfədən çox olub. Səhmlərin ilkin bazarının həcmi isə 182 dəfədən çox artıb. Qeyd etmək lazımdır ki, səhmlərin təkrar və ilkin bazarında həcmlə yanaşı, əqdlərin miqdarı da müvafiq olaraq 9-dan 163-ə və 2-dən 25-dək artıb.

Birja fəallığında artım qiymətli kağızlar üzrə birja bazarının bütün seqmentlərində müşahidə olunmayıb. Azalma Notların ilkin və təkrar bazarında qeydə alınıb - müvafiq olaraq 52,52% və 63,03%. Korporativ istiqrazlarla əməliyyatlar yalnız təkrar bazarda aparılıb.

Ümumiyyətlə, korporativ qiymətli kağızlar sektoru 81 dəfə, dövlət qiymətli kağızlar sektoru isə 1,62 dəfə artıb.

Bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəli:

(yanvar 2009)

Bazarın seqmentləri

2009 (31.01.09)

2008 (31.01.08)

Faiz nisbəti

Əməliyyatların həcmi,

AZN

Əməliyyatların miqdarı

Əməliyyatların həcmi,

AZN

Əməliyyatların miqdarı

DQİ (AR MN) -  (yerləşdirmə)

33,733,973.62

20

9,338,999.90

7

361.22%

DQİ (AR MN) - 

(təkrar bazar)

23,887,126.26

20

0.00

0

-

Notlar (AR MB) - (yerləşdirmə)

100,739,761.42

42

212,160,764.68

63

47.48%

Notlar (AR MB) -

(təkrar bazar)

24,733,082.10

15

66,901,322.10

55

36.97%

Repo əməliyyatları

809,250,798.82

118

323,432,575.71

107

250.21%

DQK bazarı cəmi

992,344,742.22

215

611,833,662.39

232

162.19%

Korporativ istiqrazlar - (yerləşdirmə)

0.00

0

700,000.00

12

-

Korporativ istiqrazlar - (təkrar bazar)

2,139,135.00

4

67,608.00

8

3164.03%

Səhmlər - (yerləşdirmə)

71,256,430.00

25

390,500.00

2

18247.49%

Səhmlər - (təkrar bazar)

20,854,646.60

163

4,071.80

9

512172.67%

KQK bazarı cəmi

94,250,211.60

192

1,162,179.80

31

8109.78%

Cəmi

1,086,594,953.82

407

612,995,842.19

263

177.26%

Fevralın 5-nə olan rəsmi məzənnə 0,808 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti