...

AMB Avrozonada zəif iqtisadi fəallıq proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2009 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir А.Bədəlova/ "İqtisadi fəaliyətin Avrozonada zəifliyi  yaxın rübdə də davam edəcək", - cümə axşamı Avropa Mərkəzi Bankının (AMB) başçısı Jan-Klod Trişe deyib.

"Bütün dünyada olduğu kimi, Avrozonada da iş fəaliyyət aşağı düşməsi müşahidə olunur. Avrozonadan ixracın azalması, həmçinin inam indeksinin azalması ümumilikdə regionun iqtisadiyyatına mənfi təsir edir", - Trişe "Vesti" telekanalı ilə canlı yayımlanan Frankfurt-Maynda keçirilən mətbuat konfransında qeyd edib.

AMB-nin bugünkü iclasında başlıca olaraq yenidən maliyyələşdirmə stavkasını dəyişiksiz - iki faiz səviyyəsində saxlamaq haqda qərar qəbul edilib. Bir müddət əvvəl İngiltərə Bankı öz faiz stavkasını 50 bazis bəndi aşağı salaraq 1 faizə endirib.

2008-ci ilin oktyabrından AMB baza faiz stavkasını 2,25 faiz bəndinə endirib. Yanvardakı sonuncu iclasda AMB əsas stavkasını 0,5 faiz azaldaraq 2 faizə salmışdı.

Trişenin sözlərinə görə, enerji daşıyıcılarına gözlənilən qiymət azalması inflyasiyanın səviyyəsinə təsir edəcək.

Eurostat-ın məlumatların görə, Avrozonada inflyasiya bu ilin yanvarında, ötən ilin analoji dövrünə nisbətən 1,1 faiz artıb. Bu göstərici 1999-cu ildən bu yana ən minimal artımdır. Ötən ilin dekabrında inflyasiyanın səviyyəsi 1,6 faiz təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti