Azərbaycan, Bakı, 14 fevral / Trend N.İsmayılova/
"İslam İnkişaf Bankının (İİB) Direktorlar Şurası üzv ölkələrinə texniki yardım və yeni layihələrin maliyyələşdirilməsinə, həmçinin Bankın üzvü olmayan ölkələrin müsəlman cəmiyyətlərinə 348,15 milyon dollar ayırıb", - İİB-nin məlumatında deyilir.
Qəbul edilmiş layihələr altı üzv ölkələri - Qazaxıstan, Yəmən, Sudan, Livan, İndoneziya və Misir arasında paylanıb. Həmçinin Somali və Bankın üzvü olmayan üç ölkə - Keniya, Hindistan və Tanzaniyanın müsəlman cəmiyyətləri üçün dörd qrant ayrılıb.
Layihələr üçün ayrılmış ümumi məbləğdən 186 milyon dolları Qazaxıstandakı yol layihəsinə yönəldiləcək. Yəməndəki layihələrin maliyyələşdirilməsinə 21,25 milyon dollar ayrılıb. Sudanda bu rəqəm 19,5 milyon dollar, Livanda 15,5 milyon dollar, Misirdə 10,17 milyon dollar, İndoneziyada 83 milyon dollar təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]