...

Ötən il Azərbaycana təqribən 1,5 milyon turist səfər edib – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2009 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 fevral/ Trend , müxbir E.Hüseynzadə/ 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 39 faiz artaraq təqribən milyon yarım nəfərə çatıb.

"Bu göstərici mənim üçün çox gözlənilməzdir", - deyə çərşənbə axşamı Bakının İslam dünyasının paytaxtı elan olunmasına həsr olunan mətbuat konfransında Azərbaycanın mədəniyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

Qarayev deyib ki, 2007-ci ildə ölkəyə milyondan bir qədər çox turist səfər edib. Beş-altı il ərzində turistlərin sayının üç milyonadək artacağı gözlənilir.

Ümumilikdə, nazirin sözlərinə görə, turizm infrastrukturu respublikaya artan qonaq axınının öhdəsindən gəlir. 2008-ci ildə 52 yeni turizm obyekti tikilib.

Nazirin sözlərinə görə, MDB ölkələri arasında Azərbaycana daha çox Ukrayna, Qazaxıstan və Gürcüstandan, Asiya ölkələri sırasında isə İran, İordaniya və Bəhreyndən gəlirlər. "Avropadan Azərbaycana daha çox Almaniya, Avstriya, Bolqarıstan, Finlandiya və digər ölkələrdən səfər edirlər. Cənubi Amerikadan da Azərbaycana turist axını fəallaşıb. 2008-ci ildə təkcə Kolumbiyadan Bakıya 364 turist gəlib", - deyə Qarayev bildirib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti