...

Azərbaycan bankı Azfinansbank kapitallaşmanı artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2009 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral / Trend , müxbir N.İsmayılova/ Azərbaycanın Azfinansbank-ı kapitalını il ərzində beş dəfədən çox artırmağı planlaşdırır Bu barədə bankın Müşahidə Şurasının sədri Xəyal Məmmədxanlı bildirib.

"Bank rəhbərliyinin kapitalı artırmaq barədə qərarı tamamilə təbiidir, çünki Azfinansbank fəaliyyətə yeni başlayıb. Bu il ərzində bank kapitalı və aktivlərinin 5-10 dəfə artırılacağı gözlənilir", - Məmmədxanlı bildirib.

Maliyyə göstəricilərinin artırılmasına yönəldilcək vəsait əhali əmanətləri, bankın öz mənfəətləri və bank təsisçilərinin şəxsi yatırımları hesabına cəlb ediləcək.

Azərbaycan Milli Bankı (AMB) ötən ilin dekabrında Azfinansbank-a bank fəaliyyəti göstərmək üçün icazə verib.

Yeni bank 10 mln. manat nizamnamə kapitalı ilə yaradılıb.

Azfinansbank 2008-ci ildə bank lisenziyası verilən ikinci kommersiya bankı olub. Avqustda nizamnamə kapitalı 10 mln. manat olan "Naxçıvanbank" ASC-yə də icazə verilib..

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti