...

AGBank "Bank sahəsində ən yaxşı brend" nominasiyasında birinci yeri tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2009 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend / AGBank-dan verilmiş məlumata əsasən, bank "Bank sahəsində ən yaxşı brend" nominasiyasında səs çoxluğu ilə birinci yeri tutub. 

Azərbaycanın "Brand Award" mükafatı üzrə qaliblərin təyin olunması üçün keçirilən sorğu 2008-ci il mayın 15-dən 2009-cu il yanvarın 10-na kimi davam edib. Səsvermədə dünyanın 50 ölkəsindən respondentlər iştirak edib, 30 faiz respondent isə Azərbaycan hüdudlarından kənarda səs verib. 

Bu gün mükafatlar 30-dan çox şirkətə verilir, onların arasında Azərbaycandakı iqtisadi proseslərin inkişafında və stabilliyin təbliğində əhəmiyyətli rol oynayan KİV-lər də yer alır.

Məqalə müəllifi iləı əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti