...

Azərbaycanın bankı Bank Standard müştərilərinə üç plastik kart şəklində hədiyyə dəsti təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2009 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 fevral / Trend /

"Azərbaycan bankı Bank Standard müştərilərinə üç növ hədiyyəli kart təklif edir: "GiftCard", "GəncKart", habelə "MasterCard Standard" və ya "VISA Classic". Onların hər birinin fərqli xüsusiyyətləri vardır", - bankın məlumatında deyilir.

Məsələn, "GiftCard"ı digərlərindən fərqləndirən əsas xüsusiyyət onun adsız olmasıdır. Bu kart özündə hədiyyə üçün mühüm bir xüsusiyyəti - sürpriz elementini daşıyır. Çünki kartı öz adınıza alıb, daha sonra hədiyyə etmək istədiyiniz adama təqdim edə bilərsiniz. "GiftCard"ı başqa şəxsə bağışlayarkən onu pin-kodla birlikdə təqdim etmək yetərlidir, çünki bu kart adsız olduğundan onu həmin adamın adına qeyd etdirmək tələb olunmur. "GiftCard" yetkinlik yaşına çatmamış uşaq üçün ilk bank xidmətindən istifadə təcrübəsi ola bilər.

Özündə həm yığım, həm də ödəniş alətini birləşdirən "GəncKart" unikal bank məhsuludur. Qalıq məbləğini cərimə sanksiyası və məhdudiyyət olmadan artırıb-azaltmaq imkanı, üstəgəl gündəlik qalıq üzərinə gələn sanballı (illik 10%) faiz gəliri bu kartı olduqca cəlbedici hala gətirir. Kart gənclər üçün nəzərdə tutulub və onu almaq üçün 18-35 arası yaş məhdudiyyəti qoyulub. 

"MasterCard Standard" və ya "VISA Classic" kartlarına gəlincə, bu kartların əvvəlkilərə nisbətən daha sanballı ab-havası var. Əlverişli tariflər, sadə və geniş istifadə imkanı ilə yanaşı kredit xətti açmaq imkanı da bu kartların cəlbedici xüsusiyyətlərindəndir", - bankın məlumatında deyilir.

Yuxarıda sadaladığımız bütün kart növləri xüsusi hədiyyə zərfinin içində təqdim olunur. Müştərilərə yalnız seçdiyi kartı sifariş vermək və hədiyyə kimi təqdim etmək istədiyi məbləği bu kartın hesabına yükləmək qalır. Yüklənilən həmin məbləğin həcmindən asılı olaraq Bank Standard kartın illik xidmət haqqını öz üzərinə götürə bilər.

Hədiyyə kartlarını Bank Standard-ın bütün filiallarında sifariş verib növbəti iş günü onu əldə etmək olar. Əlavə məlumatı 012 497 10 70 nömrəsindən və ya www.bankstandard.com saytından əldə etmək olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti