...

Şərqi Avropa ölkələrinə maliyyə yardımı vacib deyil – beynəlxalq ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2009 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart / Trend , müxbir A. Bədəlova / Avropa İttifaqı ölkələri liderlərinin Brüsseldəki fövqəladə iqtisadi sammitin gedişində Şərqi Avropa ölkələrinə köməkdən imtina etməsi, hazırkı maliyyə böhranı şəraitində tamamilə normal qərardır.

"Bu ölkələrə maliyyə yardımı daha sonrakı mərhələdə vacib ola bilər", - Avropa Beynəlxalq Siyasi İqtisadiyyat Mərkəzinin direktoru Frederik Erikson Trend -a elektron poçtla bildirib.

Onun sözlərinə görə, Şərqi Avropa dövlətləri və maliyyə institutlarına bu mərhələdə kömək göstərilməsi iqtisadiyyatda mövcudluğu vacib olan hazırkı bazar fəaliyyətini poza bilər.

"Şərqi Avropa ölkələrindəki böhran bundan sonra da dərinləşməkdə davam edərsə və aparıcı Avropa ölkələri həmçinin defolta yaxın olarlarsa, o zaman Aİ-nin qərbi üzv ölkələri tərəfindən böyük maliyyə yardımına ehtiyac olacaq", - Erikson qeyd edib.

Brüsseldəki sammitdə Macarıstan hökuməti 2009-cu ildə AŞ-nin Şərqi Avropa və Baltik ölkələrinə bu ölkələrdəki inflyasiyanın və defoltun qarşısını almaq məqsədilə 190 milyard avro yardım göstərməsinin vacibliyini bəyan etmişdir. Avropanın ən böyük kreditoru olan Almaniya dərinləşmiş iqtisadi böhran şəraitində büdcə çatışmamazlığının artmasından ehtiyat edərək zəif iqtisadiyyatı olan ölkələrə yardım məqsədilə xüsusi fondların yaradılmasının vacib olmadığını bildirib.

AFR-nın kansleri Angel Merkelin fikrincə, vahid paketlə maliyyə yardımı ayırmaq ağılsızlıqdır, Şərqi Avropa ölkələrinin hər biri üçün ayrı-ayrılıqda onun ölçüsünü təyin etmək lazımdır. 

Erikson hesab edir ki, AŞ-nin hazırkı cavabı Mərkəzi və Şərqi Avropa ölkələrinə köməkdən imtina deyil, bu dərinləşmiş maliyyə böhranının qarşısının alınması məqsədilə atılan ilk addımdır.

Amerikanın Hayman Advisors şirkətinin təsdiqini şərh edərək Erikson bildirib ki, AŞ-nin Valyuta İttifaqı tənəzzülün kandarındadır və Avrozonanın üzvləri üçün qiymətlər həm siyasi, həm də iqtisadi nöqteyi nəzərdən bu senarinin inkişafı üçün çox böyükdür.

ABŞ-da ipoteka bazarının iflasa uğramasını əvvəlcədən təyin edən Amerika şirkətinin analitikləri hesab edirlər ki, Avrozona daxilində qarşısıalınmaz tənəzzül dinamikası yaranıb.

Erikson bildirib ki, bəzi ölkələr Avrozonadan çıxmağa yaxındır. O, nümunə kimi bir neçə il öncə belə imkanı nəzərdən keçirən İtalyanı göstərib. "Mən hesab etmirəm ki, AŞ-nin Valyuta İttifaqı tənəzzülə yaxındır", - deyə Erikson bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvani: [email protected]

Xəbər lenti

Xəbər lenti