...

Azərbaycanda beynəlxalq proseslərdən asılı olmayaraq, əhalinin yoxsul təbəqəsinin sosial müdafiəsi təmin olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2009 15:41 (UTC +04:00)
Azərbaycanda beynəlxalq proseslərdən asılı olmayaraq, əhalinin yoxsul təbəqəsinin sosial müdafiəsi təmin olunacaq

Azərbaycan, Bakı, 06 mart / Trend , müxbir U. İsmayılova /

Azərbaycanın Əhalinin Sosial Müdafiəsi Dövlət Fondu Novruz bayramına kimi təqaüdçülərə mart ayının müavinətini vermək niyyətindədir, bu barədə cümə günü Fondun sədri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında bildirib.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, əmək təqaüdlərinin sığorta payının indeksasiyası keçirilib, bunun nəticəsində isə 547 min nəfərin təqaüdü indeksləşdirilib.

"2009- cu ilin yanvar ayının 1-nə kimi Azərbaycanda əmək təqaüdlərinin sığorta payı 20,8 faiz artırılıb. Orta təqaüdlər isə altı manat artıb, nəticədə Azərbaycanda təqaüdlərin orta aylıq həcmi 99 manata bərabər olub", - deyə Müslümov bildirib.

Onun sözlərinə əsasən, bunun üçün Fonda əlavə olaraq hər ay 3,2 milyon manat, ildə isə 38,5 milyon manat lazımdır. Fondun rəhbəri bildirib ki, maliyyələşdirmə üçün Fond kifayət qədər vəsasitə malikdir.

"Beynəlxalq bazardakı vəziyyətə baxmayaraq, dövlət tərəfindən maliyyə böhranına qarşı görülmüş tədbirlər nəticəsində əhalinin yoxsul təbəqəsinin sosiasl müdafiəsi təmin olunacaq", - deyə Müslümov bildirib.

Rəsmi mənbələrə əsasən, yanvar-fevral ayı ərzində ərzaq məhsullarının qiyməti 1,4 faizə qədər enib, təqaüdçülərin gündəlik istifadə etdikləri qida məhsulları ucuzlaşıb. Beləliklə, hər bir Azərbaycan təqaüdçüsü əvvəlkindən 1,4 faiz çox ərzaq ala bilər.

2009-cu ildə Fondun xərclərinin 1,66 milyard manatı təqaüd ödənişlərinin payına düşür. Təqaüd ödənişlərinin 1,21 milyard manatı əmək təqaüdlərinin əsas hissəsinə, 2008-ci il ərzində inflyasiya səviyyəsində indeksiyalaşmaya sərf olunmuş 49 milyon manat daxil olmaqla, 450 milyon manatı əmək təqaüdlərinin sığorta payına düşür.

Əmək təqaüdlərinin ödənilməsi istiqamətində xərclərin formalaşdırılması zamanı 2009-cu ildə təqaüdə çıxacaq təqaüdçülərin - 1947-ci il təvəllüdlü kişilər və 1952-ci il təvəllüdlü qadınların, həmçinin 1958-ci il təvəllüdlü 3 uşaqlı, 1959-cu il təvəllüdlü 4 uşaqlı qadınların sayı əsas götürülmüşdür.  

Hesablamalara görə, 2009-cu ildə Azərbaycanda təqaüdçülərin sayı 1,29 milyon nəfər olacaq.

Martın 6-na olan rəsmi məzənnə 0,805 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti