...

Azərbaycan və ABŞ səhiyyə sahəsində təhlükələrə qarşı mübarizə üzrə birgə iş aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir A.Bədəlova /  

ABŞ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti ilə əməkdaşlıq çərçivəsində səhiyyə sahəsində təhlükələrlə mübarizə üzrə birgə iş aparır.

Bu sahədə əməkdaşlığı yaxşılaşdırmaq məqsədilə Azərbaycanda təşkilatçısı ABŞ səfirliyinin təhlükəsizilk ofisi olan iki həftəlik seminar öz işinə başlayıb.

Bu proqram heyvanlar arasında yayılan "quş qripi"nin də daxil olduğu təhlükəli xəstəliklərin aşkarlanması üzrə ictimai səhiyyə sahəsində baytarlar və səlahiyyətli şəxslər arasında əməkdaşlığın yaxşılaşdırılmasına yönəlib.

ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin sözlərinə görə, bu seminar ABŞ-dan olan baytar və alimlərin öz ideyalarını azərbaycanlı həmkarları ilə bölüşməsi üçün imkanların yaradılması nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.

"ABŞ və Azərbaycan bir çox sahələrdə tərəfdaşdır. Biz həm təhlükəsizlik, həm də energetika sahəsində əməkdaşlıq üzərində sıx iş aparırıq", - deyə Dersi bildirib.

Dersinin sözlərinə görə, səhiyyə sahəsində sıx əməkdaşlıq böyük təhlükə kəsb edən yolxucu xəstəliklər ilə səmərəli mübarizə aparmağa imkan verəcək. Onun sözlərinə görə, "qlobal təhlükələr yalnız qlobal səviyyədə həll olunmalıdır".

Dersi bildirib ki, ABŞ dəyəri 100 mln. dollar olan "təhlükə risklərinin azaldılması üzrə əməkdaşlıq proqramı" çərçivəsində transmilli təhlükələrin azadılması üzrə birgə iş aparır.

ABŞ proqram çərçivəsində Azərbaycanın Səhiyyə, Kənd Təsərrüfatı və Müdafiə nazirlikləri ilə əməkdaşlıq edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti