...

Azərbaycan və Rusiya hökumətləri qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.Rüstəmov /

Azərbaycan və Rusiya hökumətləri qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında saziş imzalamağı planlaşdırır. Bu barədə cümə günü jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov bildirib. 

"Ümid edirəm ki, sənəd iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası zamanı imzalanacaq", - deyə İstratov bildirib.

Səfirin sözlərinə görə, hökumətlərarası komissiyanın növbəti iclasının yayadək Bakıda keçirilməsi gözlənilir.

Rusiyanın Federal Ticarət Xidmətinin məlumatına görə, 2008-ci ilin yekunu üzrə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsinin səviyyəsi 2402,5 mln dollar təşkil edib. Bu göstərici 2007-ci il ilə müqayisədə 39,3 faiz artıb. İxrac 1991,1 mln. dollar (artım 42,6%), idxal 411,4 mln. dollar (+25,4%) təşkil edib. Qarşılıqlı ticarət balansının müsbət saldosu 1579,7 mln. dollar təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ikitərəfli mal dövriyyəsi 1931,7 mln.  dollar (+26,3%), o cümlədən idxal 348,9 mln. dollar (+ 34,5%), ixrac isə 582,8 mln. dollar (+10,6%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti