...

Samur çayından birgə istifadə məsələsində Azərbaycanla Rusiya arasındakı anlaşılmazlıq sərhədlərin delimitasiya prosesinə mane olur – səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2009 15:12 (UTC +04:00)
Samur çayından birgə istifadə məsələsində Azərbaycanla Rusiya arasındakı anlaşılmazlıq sərhədlərin delimitasiya prosesinə mane olur – səfir

Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir, E.Rüstəmov /

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun fikrincə, Samur çayından birgə istifadə məsələsində Azərbaycanla Rusiya arasındakı anlaşılmazlıq iki ölkənin sərhədlərinin delimitasiya prosesinə mane olur.  
"Azərbaycanla Rusiya arasından axan Samur çayının su resurslarının istifadəsi və mühafizəsini təmin edən əməkdaşlıq haqqında razılaşma hələki, ölkələrimiz arasında bağlanmayıb. Hansı rəqəmləri əldə edəcəyimizi bilsək də, bütün rəqəmlər razılaşdırılmayıb", - cümə günü İstratov jurnlistlərə bildirib.  
Yayda su axını nəzərəçarpacaq qədər azaldığından və istifadəçilər su baxımından korluq çəkdiyindən sovetlər dönəmində çayın üzərində suburaxan obyekt inşa edilmişdir. SSRİ-nin süqutundan sonra Dağıstan sakinlərinə bu obyektin hesabına əldə edilən suyun çox az hissəsi çatır. Əvvəllər Samur çayının suyunu Dağıstanla Azərbaycan tən bölürdülərsə, indi suyun 90%-i Azərbaycan Respublikası tərəfindən istifadə olunur.
Hər iki ölkənin ekspert qrupları Samur çayından birgə istifadə və çayın su resurslarının mühafizəsi barədə razılaşma layihəsi üzərində işləyirlər.  
Ekspertlərin fikrincə, sözügedən məsələ ilə əlaqədar razılaşma əldə olunacaq və tərəflər sonunda dövlət sərhədinin mübahisəli hissəsinin delimitasiyasını həyata keçirəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti