...

Azərbaycan yanvar-fevralda yük daşımalarını 5 mln. tonadək artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı 20 mart / Trend , müxbir Ü.İsmayılova /

Yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat vasitələri ilə 5,87 mln. ton yük daşınıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisi ilə müqayisədə 174,05 faiz çoxdur. Bu barədə cümə günü Dövlət Gömrük Komitəsindən bildiriblər. Bu dövr ərzində yük ixracı 4,79 mln. ton, idxal isə 1,07 mln. ton təşkil edib.  

Bu dövr ərzində dəniz nəqliyyatı ilə yük daşımaları 54,4 min ton, dəmir yolu ilə 526,5 min ton, avtomobil nəqliyyatı ilə 62,4 min ton, hava nəqliyyatı ilə 0,4 min ton, boru kəməri nəqliyyatı ilə 4,15 mln. ton təşikl edib.

İki ay ərzində Azərbaycan ərazisindən tranzitlə 944,2 min ton yük daşınıb ki, bu da 2008-ci ilin analoji dövr göstəricisi ilə 85,86 faiz və ya 155,5 min ton çoxdur.

Azərbaycandan tranzitlə İsveçrəyə 409,6 min ton, Bermud adalarına 111,2 min ton, İtaliyaya 100,7 min ton, Gürcüstana 99 min ton, Türkmənistana 65,1 min ton, Tacikistana 40,7 min ton, İrana 39,5 min ton, Rusiyaya 34,7 min ton, Türkiyəyə 19,6 min ton yük nəql olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: capital@trend

Xəbər lenti

Xəbər lenti