...

Ukrayna Prezidenti defolta yol verməyəcəyinə söz verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Mart 2009 17:59 (UTC +04:00)

Ukrayna Prezidenti Viktor Yuşenko əmin olduğunu bildirib ki, ölkə defolta məruz qalmayacaq.

"Ukrayna nə xarici, nə də daxili öhdəliklər üzrə defolta yol verməyəcək", - "Vesti"nin verdiyi xəbərə görə, çərşənbə günü Praqada Avropa Bank və Maliyyə Forumunun iştirakçıları qarşısında çıxış edərkən Yuşenko deyib.

Prezidentin sözlərinə əsasən, Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası yaxın günlərdə Ukrayna ilə işlərinə yenidən başlayacaq.

"Gələn həftə BVF missiyası Ukraynaya dönəcək və biz yaxın 2-3 həftə ərzində bu məsələ ilə bağlı müzakirələrə son qoyub 2009-cu ilin nizamlayıcı proqramına başlayacağıq", - dövlət başçısı deyib.

Yuşenko qeyd edib ki, təqaüd fondunun balanslaşdırılması və "Ukrayna Naftoqaz" şirkəti ilə bağlı problemlərin öhdəsindən Ukrayna özü gələcək. Prezidentin fikrincə, Avropa iş bazarının problemlərini Ukraynasız cavablandırmaq olmaz.

"Əminəm ki, böhran Ukraynanın inteqrasiya perspektivlərinə başqa cür baxmağa vadar edəcək", - Yuşenko vurğulayıb.

"İnterfaks"ın verdiyi məlumata əsasən, Yuşenko onu da qeyd edib ki, Ukrayna Rusiya ilə əlaqələrin inkişafına böyük geosiyasi maraq göstərir.

Xəbər lenti

Xəbər lenti