...

Bank Standard "Finala dəvət" kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Aprelin 1-dən 30-dək Azərbaycan "Bank Standard"ı "MasterCard" və "Maestro" plastik kart sahibi olan müştəriləri üçün "Finala dəvət" kampaniyası keçirəcək. Bu barədə bankın məlumatında bildirilir.

Yeni kampaniya çərçivəsində 4 uduş paketi oynanılacaq. Bu paketlərdən hər birinə UEFA Çempionlar Liqasının Final matçına bilet, Roma şəhərinə ikitərəfli təyyarə bileti və İtaliya paytaxtında mehmanxanada yer daxildir. Mayın 27-də keçiriləcək final matçına biletləri "UEFA Champions League 2009"un rəsmi sponsoru "MasterCard" təqim edir.

Kampaniyanın iştirakçısı olmaq üçün Bank Standard tərəfindən buraxılan "MasterCard" və "Maestro" plastik kart sahibləri həmin kart vasitəsilə yuxarıda qeyd olunan müddət ərzində POS-terminal, bankomat, ya da İnternet vasitəsilə tranzaksiyalar həyata keçirməlidirlər. Lotereya şansı verən hər tranzaksiyanın məbləği azı 50 manat, ABŞ dolları və ya avro olmalıdır. Hər tranzaksiya bir lotereya şansı gətirdiyinə görə, müştəri nə qədər çox tranzakisya həyata keçirərsə, onun Avropanın ən möhtəşəm futbol şoularından birində iştirak etmək ehtimalı artacaq.

Lotereya 2009-cu il mayın 4-də "Bank Standard"ın Azərbaycan prospekti, 4 ünvanında yerləşən məkəzi ofisində keçiriləcək.

Martın 29-na olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti