...

Azercell "Super Fürsət" kampaniyası keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2009 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom 19 mart - 31 may tarixləri müddətində bütün yeni SimSim abonentləri üçün "Super Fürsət" kampaniyası keçirir. Bu barədə şirkətin məlumatında bildirilir.

Kampaniyaya qoşulmaq üçün göstərilmiş müddət ərzində MobiTel-in rəsmi dilerlərindən NOKIA 1208 Telefon Paketi alıb, içərisindəki yeni SİM-kartı aktivləşdirmək lazımdır.

Bu zaman Siz "Super Fürsət" kampaniyasından pulsuz Nokia 1208 telefonu, 1 ay açıq xətt, üstəlik birinci ay 1000 hədiyyə kontur alacaqsınız.

"Super Fürsət" kampaniyasına qatıldıqda siz hədiyyə paketinə sadəcə 36 AZN ödəyərək 1 illik danışıqlarınızı (ikinci aydan etibarən 11 ay ərzində hər ay 600 kontur) əvvəlcədən ödəmiş olacaqsınız və Azercell-dən pulsuz Nokia 1208 telefonu əldə edəcəksiniz.

600 kontur 2-ci aydan 12-ci ayadək hər ay balansa yüklənilir və 30 gün ərzində istifadə olunmadıqda balansdan silinir. Bu konturları istifadə etmək üçün xətt açıq saxlanılmalıdır. Aylıq 600 kontur yalnız şəbəkədaxili zənglər üçün istifadə oluna bilər.

Azercell Fakturalı Xətt-ə keçən və sistemdən silinən kampaniya abonentləri kampaniyadan çıxarılır. Kampaniyadan çıxan abonentlər bir daha kampaniyaya qayıda bilməz.

Azercell Telecom Azərbaycanın iri GSM operatorudur və 3,5 mln. abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti