...

Strabag Societas Europaea Azərbaycanda fəaliyyət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Mart 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir N.İsmayılova /

"Martda Azərbaycanda Avstriya tikinti şirkəti Strabag Societas Europaea-nın (Strabag SE) törəmə müəssisəsi fəaliyyətə başlayıb", - Azərbaycan Vergilər Nazirliyinin rəsmi saytının "Vahid pəncərə" bölməsində deyilir.

Strabag Azerbaijan "vahid pəncərə" prinsipi ilə martın 4-də qeydiyyatdan keçib və onun təsisçisi Strabag SE olub.

Müəssisənin nizamnamə kapitalı 250 min dollar təşkil edir.

Strabag SE sənaye, ofis və yaşaşış binaları, yol, tunel və başqa kommunikasiyaların tikintisində ixtisaslaşıb. Şirkətin ən böyük layihələri içərisində İsveçrədəki Qotthard tunelinin (57 km uzunluğa malik dünyanın ən uzun dəmir yol tuneli) "Amsteq" hissəsi, Münhen, Vyana, Praqa, Berlin və Sofiyada hava limanlarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti