...

Azərbaycanın sığorta şirkəti nizamnamə kapitalını ikiqat artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın sığorta şirkətlərindən biri olan AzSigorta yaxın iki ildə nizamnamə kapitalını 10 milyon manata kimi artırmağı planlaşdırır, - deyə cümə axşamı şirkətin fəaliyyətinə həsr olunmuş mətbuat konfransı çərçivəsində AzSigorta şirkətinin idarəetmə heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.

"Ötən həftə şirkətin idarəetmə heyəti yaxın zamanlarda nizamnamə kapitalının dörd milyon manata kimi artırılmasına qərar verib", - deyə Məmmədxanlı bildirib.

Onun sözlərinə əsasən, nizamnamə kapitalının artırılması gəlirlər hesabına planlaşdırılır. Azərbaycan Prezidentinin sərəncamına əsasən, banklar, sığorta şirkətləri, təkrar sığorta şirkətləri kapitallaşdırılması istiqamətində üç illik gəlir vergisindən azad olunur.

"2008-ci ilin yekunlarına əsasən, şirkətin yığımları fiziki və hüquqi müqavilələr əsasında  10 milyon manatdan artıq olub, və bu imzalanmış 150 min sığorta müqaviləsindən irəli gəlib", - deyə Məmmədxanlı bildirib. AzSigorta şirkətinin müştəriləri 100 min nəfərdən artıqdır.

Məmmədxanlının sözlərinə görə, operativ məlumatlar əsasən, birinci kvartalda şirkətin yığımlarının həcmi illik hesabatda 70 faiz artım olmaqla 2,5 milyon manat təşkil edib. İlin sonuna kimi bu göstəricinin 15 milyon manata kimi, 2010-cu ildə isə 20 milyon manata kimi artırılması nəzərdə tutulur.

Şirkət portfelində avtomobil sığortasının payı 15 faiz, əmlak sığortası 35 faiz, yük sığortası 35 faiz təşkil edib. 

Ötən ildə AzSigorta, həmçinin kənd təsərrüfatı üzrə sığorta xidmətləri göstərib ki, bunun nəticəsində də 29 min manat bitçilik sahəsində, 3,9 min manat isə heyvandarlıq sahəsində sığorta ödənişləri edib. 

"Şirkətin gəlirliliyi 150 faiz təşkil edir, ötən ildə onun gəlirləri 2,5 milyon manat təşkil edib", deyə Məmmədxanlı bildirib.

AzSigorta sığorta bazarında 2006-cı ilin noyabr ayından etibarən fəaliyyət göstərir və 3-ü icbari olmaqla 28 növ sığorta xidməti göstərir.

Aprelin 02-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti