...

Böhran daha çox Qırğızıstan və Tacikistana təsir göstərib – Aİ nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2009 11:50 (UTC +04:00)

Dünya maliyyə və iqtisadi böhranı daha ağır şəkildə Qırğızıstan və Tacikistana təsir edib, burada sosial durum kəskin şəkildə pisləşib. Bu barədə Avropa İttifaqının (Aİ) Gürcüstan və Mərkəzi Asiya üzrə nümayəndəsi Pyer Morel "Vremeni novostey"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu ölkələr üçün böhran ilə əlaqədar yaranan əsas problem işlərini itirən əmək mühacirlərinin Rusiya və Qazaxıstandan geri qayıtmasıdır.

"Mən bu yaxınlarda Bişkekdə oldum və tezliklə Düşənbəyə gedəcəyəm, lakin əmək mühacirətinin kəskin azalması səbəbindən bu ölkəyə daxil olan pul resurslarının əhəmiyyətli dərəcədə azalıb-azalmadığını hələ ki, deyə bilmərəm", - deyə Morel bildirib.  

Onun sözlərinə görə, təqribən bir milyon tacik xaricdə işləyirdi və onların iş tapmaq üçün ümidsiz şəkildə evlərinə qayıtması olduqca ciddi məsələdir.

"Biz beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edirik, bu problemləri həll etməyə çalışırıq, artıq perspektivlər var, lakin bu barədə danışmaq hələ tezdir", - deyə Morel bildirib.

Avropa İttifaqının nümayəndəsi Qırğızıstanın paytaxtındakı "Manas" beynəlxaq aeroportu ərazisində yerləşən aviabazanın bağlanması məsələsinə də toxunub. Bu aviabaza koalisiya qüvvələrinin Əfqanıstanda "Sarsılmaz azadlıq" antiterror əməliyyatlarına dəstək vermək üçün nəzərdə tutulmuşdu.

""Manas"a gəldikdə isə, fevralda Qırğızıstan parlamentində ABŞ ilə sazişin ləğv edilməsi üzrə səsvermə keçirilən zaman, baş nazir və xarici işlər naziri mənə bildirdilər ki, bunun Avropaya heç bir aidiyyatı yoxdur", - deyə Morel vurğulayıb.

Xəbər lenti

Xəbər lenti