...

Qazaxıstanda vergilərin internet vasitəsilə ödənilməsi xidməti işə salınacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2009 13:18 (UTC +04:00)

Qazaxıstan, Astana, 14 aprel / Trend , müxbir K.Arınova /

"Bu ildən etibarən Qazaxıstanda vergilərin internet vasitəsilə ödənilməsi xidməti işə salınacaq", - bu haqda jurnalistlərə maliyyə naziri Bolat Jamişev məlumat verib.

"Hazırda Vergi Komitəsi tərəfindən vergi ödəyicilərinin elektron kabineti sistemi hazırlanıb. Maliyyə Nazirliyi bu sistemin necə işlədiyini nümayiş etdirməyi planlaşdırır. Yəni müvafiq elektron açar və interneti olan şəxs öz vergi hesabatlılığını görmək imkanı qazanacaq, bu hesabatı verə biləcək və öz hesabının durumunu görəcək", - Jamişev bildirib.

Nazir qeyd edib ki, bu il vergiləri ödəmə şlüzü vasitəsilə ödəmək də mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti