...

Azərbaycan əhalisinin siyahıya alınması artıq 8,8 milyondan çox nəfəri əhatə edib - Dövlət Statistika Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2009 12:26 (UTC +04:00)
Azərbaycan əhalisinin siyahıya alınması artıq 8,8 milyondan çox nəfəri əhatə edib - Dövlət Statistika Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir А.Bədəlova /

"Aprelin 13-də başlanılan Azərbaycan əhalisinin siyahıya alınması zamanı ilkin məlumatlara görə, 8,82 milyon nəfər qeydiyyatdan keçib", - cümə günü mətbuat konfransında Azərbaycan Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyib.

"Bu məlumatlar ona görə dəqiq deyil ki, bəzi məntəqələrin məlumatları hələ gəlib çıxmayıb", - Vəliyev bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu il aprelin 1-nə Azərbaycan əhalisinin sayı 8,753 milyon nəfər təşkil edib. Bu göstərici 2009-cu ilin əvvəli ilə müqayisədə 0,3 faiz çoxdur. Əhalidə kişilərin faiz payı 49, qadınlarda - 51-dir.

Xəbər lenti

Xəbər lenti